В категории материалов: 10 Показано материалов: 1-10 |
|
Сортировать по:
Дате ·
Названию ·
Рейтингу ·
Комментариям ·
Просмотрам
|
|
18-oktyabr Müstəqillik günüdür |
|
|
|
|
| 1991-ci il avqustun 30-da Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamə qəbul edildi və nəhayət Azərbaycan Respublikasının Ali Sovetinin həmin ilin 18 oktyabr tarixli sessiyasında "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul edildi. Azərbaycan Respublikasında dekabrın 29-da keçirilən ümumxalq səsvermə sübut etdi ki, Azərbaycan xalqı dövlətimizin müstəqil olmasını yekdilliklə istəyir. 1992-ci ilin mayında Milli Məclis Azərbaycan Respublikasının Dövlət himnini (musiqisi Üzeyir Hacıbəyovun , sözləri Əhməd Cavadın), az sonra isə üçrəngli bayraq, içində alov olan səkkiz guşəli ulduz təsvirli dövlət gerbi təsdiq etdi. 1991-ci il oktyabrın 18-dən etibarən Azərbaycan istiqlal, suveren bir ölkədir və xalqımız bu günu dövlət səviyyəki bir bayram kimi qeyd edir. Bəs biz gənclər bu müstəqilliyi necə dərk edirik? Bəlkə də tarixi bilməyən gənclər Azərbaycanın Müstəqillik əldə etməsi üçün necə əzablı yollar keçdiyini bilmir. Elə isə tarixə nəzər salaq. 16 il öncə Azərbaycanın dövlət müstəqilliyini elan etməsi xalqımızın tarixi arzularının reallaşması idi. Bizim müstəqilliyə gedən yolumuz həqiqətən çox mürəkkəb olub. Belə ki, 1980-ci illərin sonunda sovet rejiminin dağılma prosesinin başlandığı aydın idi.Elə məhz həmən dövrlərdə Dağlıq Qarabağda separatçı hərəkat, alçaq Ermənistanın təcavüzə başladı.O dövlərdə hakimiyyət orqanlarının bütün bu baş verən hadisələrə qarşı biganəliyi Azərbaycanda xalq hərəkatına təkan verdi. Elə bir məqam yetişdi ki, Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması böyük təhlükə altına düşdü. Azərbaycan dövlətçiliyinin sabahını düşünənlər Heydər Əliyevə üz tutdular. Heydər Əliyev bu çağırışdan imtina etmədi çünki, bütün ömrünü ugrunda həsr etdiyi Azərbaycanın dagılmasına gozü gorə-görə razı ola bilməzdi. Biz müstəqil olandan sonra nə əldə etdik? Ən azından heç bir dovlətdən asılı deyilik və heç bir dövlətin tərkibində deyilik. Mənim ən çox bəyəndiyim və dəyər verdiyim tərəf isə İslam dinimizdir. Yaşlı insanların söhbətlərini dinlədikdə adam dəhşətə gəlir. O dövr ilə bu dövrdəki İslamı müqayisə etdikdə hər şey məlum olur. Sovetlər Birliyi vaxtında müsalmanların ibadətlə məşgul olmasına mane olan səbəblər göz qabagındadır. Bunlar hamısı bir tarixdir. Müstəqillik Vətənə olan sevgidir. Vətəni sevən hər bir vətən övladı müstəqillik nədir dərk edir. Respublikamızda baş verən proseslərə baxdıqda isə ancaq müsbət şeylər görürük. Yeni iş yerlərinin açılması, iqtisadiyyatımız, neft sektorundaki yığılan sərmayələrin yaridan çox hissəsinin geriyə qaytarılması, milli məhsul istehsalının yuksəlməsi, kənd təsərrüfatı yarmarkalarının təşkili, icra strukturlarının bazarlara nəzarəti dövlət budcəsinin dəfələrlə qalxması və bu kimi s. amillər Azərbaycanın xoşbəxt gələcəyindən xəbər verir. Müstəqillik əldə etdik, bu çox önəmli bir amildir ancaq ne yaziq ki, bəzi insanlar Müstəqillik nədir bilmir. Bəlkə də bilir ancaq etiraf etmir. Cəmiyyətdə yaşayan bəzi insanlar hər şeydə dövləti günahkar bilir. Məsələn ən vacib və ən yaralı yerimiz olan Qarabag probleminin həllini:Gəlin bu məsələyə dövlət tərəfdən yox millət tərəfdən baxaq. İçimizdə olan bəzi insanlar işğal olunmuş rayonları belə tanımır, Qarabag mövzusu gələndə "MƏN VERMƏDİMKİ MƏNİM NƏ İŞİMƏ, KİM VERİB O GETSİN ALSIN” deyərək özünü kənara dartır. Bu cür insanlarla Qarabag məsələsi haqqında adicə danışmaga dəyərmi? Və yaxud da təhsil problemi… Yenə də hər şey də müstəqil dövlətimiz gunahkardır deyirlər. Diqqətlə düşünək! Əgər bir şagirdin və ya tələbənin savadı varsa və o dərslərinin öhdəsindən ugurlə gəlirsə "Rüşvət” problemi olarmı? Mənim cavabim xeyr olacaq çünki, dəfələrlə savadlı gənclərin rüşvətə qarşı çıxdığını və yeri gələndə bu cür problemlər olduqda lazimi orqanlara müraciət etdiyini görmöşəm. Ancaq bir məsələdə var. Valideyn savadsiz övladını bir sənət sahibi etmir, ali məktəbə hər hansısa bir yolla salır. Nəticə… Tələbədən rüşvət tələb olunur, niyə rüşvət tələb edən müəllim(ə) günahkar olur, ancaq savadsız tələbə yox? Hər bir savadsiz tələbəyə, hər bir rüşvətxor müəllimə görə müstəqil dövlətimizmi cavabdehlik daşıyır? Xeyr bu cür problemlərə görə müstəqil olan dövlətimizi günahlandırmaq lazim deyil. Bu vətəndaşın vicdanına baglı olan bir şeydir. Bu kimi misallar çöx çəkmək olar. Mənim yadıma gəlir uşaq vaxtlarımda adi çörək üçün necə növbələr olardı, çünkı, Azərbaycanın qonşu ölkələrlə əlaqəsi sərhədlərin vəziyyəti heç də qənaətbəxş deyildi. İndi baxırsan çox gənclərimiz xaricdə təhsil alir. Bütün bunlar bizim müstəqilliyimizin nəticəsidir. O üzdən müstəqil ölkədə yaşayan hər bir vətəndaş bu müstəqilliyi müqəddəs olan bir amil kimi qəbul etməyi bacarmalı, müstəqil olan Vətənimiz ugrunda daim hər şeyə hazır olmalıdır.Gəlin müstəqilliyimizin qədrini bilək, çünki, hər şey həqiqətən bizim öz əllərimizdədir Gələcək biz gənclərin əllərindədir. "Mən Azərbaycanın gələcəyini çox parlaq görürəm. Mən istəyirəm ki, Azərbaycan sözün əsl mənasında inkişaf etmiş ölkələrin sırasına daxil olsun. İstəyirəm insanlar yaxşı yaşasınlar, yaxşı maaş alsınlar, uşaqlar yaxşı məktəblərdə oxusunlar, xəstələr yaxşı tibbi xidmətə malik olsunlar, yollar abadlaşsın, şəhərlər gözəlləşsin, insanların üzü gülsün və Azərbaycan irəliyə getsin. Budur mənim arzularım”. |
İş insanın cövhəridir , İşləməyən dişləməz ... Qərinələrin sınağından çıxmış, cilalanaraq müasir zəmanəmizə gəlib çatmış bu kimi ifadələr əməyin insan həyatında böyük rol oynadığını təsdiqləyir. İnsanın min illər bundan əvvəlki ibtidai yaşayış tərzi ilə bugünkü həyat səviyyəsini müqayisə edək. Fərq, necə deyərlər, yerlə göy qədərdi. İndi insanlar kosmosa yol açmışlar. Uzaq şəhərlər, ölkələr arasındakı məsafəni cəmi bir neçə saata dəf etmək mümkündür. İri şəhərlərdə yeraltı yollar çəkilir, mərtəbələrinin sayı 100-ə yaxınlaşın göydələnlər inşa edilir. İnternet bütün dünyanı eyni bir şəbəkədə birləşdirir. Yer üzündə inkişafın yüksək səviyyəyə çatmasını təsdiqləyən belə misalların sayı çoxdur. Min illər boyu bundan əvvəl həyatı davam etdirmək üçün odu mağarada qoruyub saxlayan, ağacdan, daşdan ilk əmək sayəsində çatmışdır. Əmək insanı təkmilləşdirmiş, onu ali varlığa çevirmişdir. Əmək bütövlükdə insan camiyyətini dəyişdiyi kimi, hər bir fərdin həyatında da mühüm rol oynayır. Əməyə xor baxanlar həmişə başqalarına möhtac qalırlar. Əksinə, kim ki, zəhmət çəkir, tər tökür, o, el-oba içində hörmət-izzət qazanır. Dahi Nizaminin ustalıqla qələmə aldığı "Kərpickəsən kişinin dastanı” əsərindəki səhnəni göz önünə gətirək. Həyatın mənasını zəhmətdə görən, alın təri ilə çörək qazanan qoca kərpickəsən kişi vüqarlıdır, o, bir kimsədən asılı olmadığına görə özünü xöşbəxt sanır. Qocanın müdrik cavabı bu yaşda zəhmətə qatlaşmağı ona irad tutan gəncin üzünü sərt şillə kimi dəyir, onu utandırır. Həyatda belə misallar çoxdur. Biz zəhmətə qatlaşıb seçdiyi sənətin bütün sirlərinə yiyələnən çoxlu əmək qəhrəmanları tanıyırıq. Onlar fədakar əməkləri sayəsində böyük nailiyyətlər qazanaraq xalqımızın iftixar rəmzinə çevrilmişlər. Belə əmək qəhrəmanlarından biri haqqında söhbət açmaq istəyirəm. Onu bütün Azərbaycanda sadəcə neftçi Qurban kimi tanıyırlar. Neftçi Qurbanın həyatı hamı üçün ibarətimiz məqamlarla zəngindir. Azərbaycanda dünyada "Neft akademiyası” kimi tanınır. 1949-cu ildə dünya Azərbaycan neftçilərinin daha bir möcüzəsinin şahidi oldu. Həmin il noyabrın 7-də mavi Xəzərin qoynundakı "Neft Daşları” yatağından neft fontan vurdu. Bununla da dünyada ilk dəfə Azərbaycanda açıq dənizdə "qara qızıl” hasilatına başlanıldı. Bu, dünya neft sənayəsinin inkişafında misilsiz bir hadisə idi. Heç təsadüfi deyildir ki, "Neft Daşları”nı həm də "Dünyanın səkkizinci möcüzəsi” adlandırırlar. Polad dirəklər üzərində əfsanəvi şəhəri yaradanlardan biri də haqqında söhbət açdığımız neftçi Qurban idi. Zəhmətə bağlılığı, seçdiyi peşənin sirlərinə mükəmməl yiyələnməsi, çətinliklərdən qorxmaması həmkarlarından neftçi Qurbana qarşı dərin inam oyatmışdı. Elə buna görə də açıq dənizdə ilk neft quyusunun qazılması məhz gənc buruq ustasına həvalə edilmişdir. Açıq dənizdə qazılan və dərinliyi 942 metrə çatan ilk quyudan gündə 100 tona yaxın neft çıxarılırdı.Neftçi Qurban, əlbəttə ki, tək deyildi. Dənizi fəth edənlər arasında S.Orucov, X.Kaveroçkin, A.Əliyev, V.Hacıyev kimi qəhrəman neftçilər var idi. Halal zəhməti ilə yüksələn neftçi Qurbanın adı Azərbaycan üçün baş ucalığıdır. Xalqımız onun xatirəsini uca tutur. Bu gün mavi Xəzərin qoynunda üzən krana əfsanəvi neftçinin adı verilib. Bundan başqa, onun xatirəsinə həm də bir sıra məktəblərin, küçələrin adında əbədiləşdirilib. Neftçi qurbanın xatirəsinə ən böyük ehtiram isə neftçilər ordusunun hər bir üzvünün ona minnətdarlıq hissi ilə xatırlaması, zəngin və mənalı yol keçən əmək qəhrəmanını, görkəmli buruq ustasını özünün müəllimi hesab etməsidir. |
|
|
Həyatda kimdən nümunə götürmək istədim |
|
|
|
|
| Xalqa,Vətənə qəlbən bağlı olan, həyatları boyu əməl-saleh işlər görən insanlar gənclərə, yeniyetmələrə örnəkdirlər. Biz zaman-zaman xalqımızın içindən çıxan belə insanlarla fəxr edir, özümüz də gələcəyimizi onlar kimi qurmağı arzulayırıq. Valeh olduğum insan kimdir? Həyatda kimə oxşamaq, kimdən nümunə götürmək istərdim ? Əvvələr hər bir gənc kimi, məndə tez-tez bu kimi suallarla baş-başa qalırdım. İlk vaxtlarda fikirlərim haçalanırdı. Ayrı-ayrı tarixi simalar, görkəmli şəxsiyyətlər arasında müqayisələr apardıqdan sonra nəhayət mövqeyimi dəqiqləşdirmişəm. İndi mən yuxarıdakı suallara tərəddüd etmədən belə cavab verərdim: Həyatda xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin yolunu tutmaq, ona oxşamaq istərdim. Mən öz seçimimi təsadüfən etməmişəm. Bu gün hər bir azərbaycanlının adını iftixarla çəkdiyi, özünə mənəvi dayaq sandığı H.Z.Tağıyevin həyatını ətraflı öyrəndikdən sonra bu qənaətə gəlmişəm. H.Z.Tağıyevin həyatı humanistliyin, insanpərvərliyin zirvəsində dayana biləcək faktlarla zəngindir. O, milyonçu idi. XIX əsrin sonlarından başlayaraq Bakıda və Abşeronda neft hasilatının sürətlə artması bir çoxları kimi kasıb həyat sürən, bənnalıq etməklə birtəhər çörəkpulu qazanan H.Z.Tağıyevi də varlı-hallı adamlar sırasına çıxarır. Tezlikə o, böyük sərvətə sahib olur. Lakin həyatının dəyişməsi, var-dövlətinin artması H.Z.Tağıyevin xarakterini dəyişmir. O, ana torpağın sərvəti və özünün böyük zəhməti hesabına qazandığı milyonlarla ətrafdakı kasıblara əl tutmağı, onların dolanışığını yüngülləşdirməyə kömək etməyi özünə borc bilirdi. Çətinliyə düşən insanlar onun adını ümidlə çəkirdilər. H.Z.Tağıyev mütərəqqi fikirli, millətin sabahını düşünən bir insan olmuşdur. Həmvətənlərinin elmdən, təhsildən uzaq düşmələri, öz hüquqlarını bilməmələri bu humanist insanı bərk incidirdi. O, millətin nümayəndələrinin, ələlxüsus da hüquqsuz vəziyyətdə yaşayan müsəlman qadınlarının maariflənməsi üçün yollar axtarırdı. H.Z.Tağıyevin Bakıda açdığı qızlar məktəbində çoxlu sayda müsəlman qadınları təhsil almışdır. Bundan başqa, vətənpərvər milyonçu azərbaycanlı gənclərin dünyanın qabaqcıl ali məktəblərində yüksək səviyyəli təhsil almalarına da məmnuniyyətlə vəsait ayırırdı. H.Z.Tağıyevin tikdirdiyi binalar bu gün də doğma Bakımızın ən gözəl memarlıq abidələri sırasındadır. Vaxtı ilə Tağıyevin şəxsi mülki olan imarətdə isə Azərbaycan Tarix Muzeyi yerləşir. H.Z.Tağıyevi öz şəxsi vəsaitini məktəb, teatr tikintisinə, gimnaziyalar açılmasına, ana dilində qəzetlər, jurnallar çap olunmasına, azərbaycanlı gənclərin başqa şəhərlərdə təhsil almalarına, kasıb insanların həyat şəraitlərinin yaxşılaşmasına xərcləməyə vadar edən nə idi ? Yox Hacını bu işlərə pul xərcləməyə heç kim məcbur eləmirdi. Sadəcə Hacı böyük vətənpərvər idi, onun qəlbində xalqını, Vətənini dərin məhəbbətlə sevən ürək döyünürdü. Bir dəfə bədxahlar Hacını nüfuzdan salmaq üçün onun Azərbaycandan köçəcəyi barədə şayiələr yayırlar. H.Z.Tağıyev dərhal mətbuat vasitəsi ilə belə şayiələrə cavab olaraq bildirir ki, Azərbaycan onun dədə-baba yurdudur və o buradan heç yerə köçmək fikrində deyildir. Hacını bir şəxsiyyət kimi xarakterizə edən belə müsbət keyfiyyətlər çoxdur. Buna görə də mən də həyatda onun kimi Vətənə, xalqa xidmət yolu tapmaq istəyirəm. H.Z.Tağıyevin həyatını öyrənərkən gəldiyim qənaət belədir ki, insan gərək heç vaxt öz keçmişini unutmasın və xalqının xöşbəxtliyindən kənarda öz şəxsi xöşbəxtliyini axtarmağa çalışmasın. |
Məktəb illərinin başa çatması gənclər üçün yeni həyatın başlanması deməkdir. Sərbəst həyata atılan gənclərin qarşısında çoxlu sayda yollar açılır. Kimi əvvəlcədən müəyyənləşdirdiyi ali məktəbin qapısını döyür, kimi birbaşa istehsalata, inşaat meydançasına yollanır. Gənclər gələcək peşələrini seçərkən, adətən, özlərindən böyüklərlə, ilk növbədə də valideynləri ilə məsləhətləşirlər. Bu da təbiidir. Yaşlı nəslin böyük həyat təcrübəsi var və onlar sabahın qurucularına öz seçimlərində yanılmamaları üçün dəyərli məsləhətlər verirlər. Mənim qənaətimə görə gənclərin hansı peşəni seçmələrinin elə bir ciddi fərqi yoxdur. Hər peşənin, hər sənətin öz gözəlliyi var. Əsas odur ki, seçdiyin peşəyə qəlbən bağlı olasan, onun sirlərini öyrənəsən, bütün incəliklərinə yiyələnəsən. Yalnız bu halda seçdiyin sənətlə cəmiyyətdə nüfuz, hörmət qazana biləsən. Məndə artıq öz seçimimi etmişəm. Bizim ailəmiz həkimlər ailəsi kimi tanınır. Babam məhşur cərrahdır. Anam uşaq poliklinikasında göz həkimi işləyir. Qardaşım Azərbaycan Dövlət Tibb Universitetinin sonuncu kurs tələbəsidir. Mən də ailəmizin ənənəsini davam etdirməyə və həkim olmağı qərarlaşdırmışam. Açığı, məndə bu beşəyə marağı babam oyadıb. O məni bir neçə dəfə işlədiyi xəstəxanaya aparıb. İlk dəfə babamın ağ xalatlı dostları ilə tanış olanda çox həyəcanlı idim. Onlar xəstələrlə nəvazişlə davranırdılar. Babam da yanına gələn xəstələrin dərdlərinə qəlbən şərik olur, onları səbrlə dinləyir və dəyərli məsləhətlər verir. Hər cərrahiyə əməliyyatını aparan zaman babam narahat anlar yaşayır. Uğurlu keçən əməliyyatdan sonra isə babam özünü çox xöşbəxt hiss edir. Ailəmizin ünvanına tez-tez Azərbaycanın müxtəlif bölgələrindən anamın və babamın keçmiş xəstələrindən məktublar gəlir. Sağalıb gümrah halda öz ailələrinin, uşaqlarının yanına qayıdan insanlar onlara ikinci həyat bəxş etdiklərinə görə anama və babama ən səmimi duyğularını çatdırırlar. Göründüyü kimi, həkimlik çox nəcib, hamıya gərək olan peşədir. Ancaq mən başa düşürəm ki, bu peşə nəcib olduğu qədər də məsuliyyətlidir. Axı söhbət insan taleyindən gedir. Hansısa bir səhv, ehtiyatsızlıq böyük faciəyə səbəb ola bilər. Buna görə də həkim elmin sirlərinə mükəmməl yiyələnməli, müasir tibb cihazları ilə işləməyi bacarmalı, ən əsası da öz məsuliyyətini heç vaxt yaddan çıxarmamalıdır. Mən də dərslərimi "əla” qiymətlərlə oxumağa çalışıram, tibbə aid çoxlu əlavə ədəbiyyat mütaliə edirəm.
|
Kitabları həyat hadisələrinin əksi sananlar yanılmırlar. Yazıçılar, şairlər bədii əsərlərinin qəhrəmanlarını sanki bizim ətrafımızdakı insanların arasından seçərək yaradırlar. Biz həyatda olduğu kimi, bədii əsərlərdə də müxtəlif xarakterli insanlarla rastlaşırıq. Bədii sürətlərdən bəziləri müsbət, digərləri isə mənfi keyfiyyətlərə malik olurlar. Buradan da oxucularda onlara qarşı rəğbət və ya nifrət hissi oyanır. Başqa sözlə desək, hər kəs oxuduğu bədii əsərlərdəki surətlərin arasında öz xarakterinə, həyata baxışlarına uyğun gələn ədəbi qəhrəman seçir və hətta onu öz idealı sanır. Mən insanlarda mərdlik, çətinliklərdən qorxmamaq, sirr saxlamaq kimi keyfiyyətləri yüksək qiymətləndirirəm. Seçdiyim ədəbi qəhrəmanı da elə bu meyarlarla müəyyənləşdirmişəm. Bu, Azərbaycan yazıçısı Məhəmmədhüseyn Təhmasibin qələmə aldığı "Çiçəkli dağ” əsərindəki Mətanət obrazıdır. Azərbaycan şifahi xalq ədəbiyyatının gözəl bilicisi olan M.Təhmasib "Çiçəkli dağ” əsərini də sirli-sehirli nağıllarımızın motivləri əsasında qələmə almışdır. Yazıçının əsərdə böyük məhəbbətlə yaratdığı Mətanət surəti təmiz əqidəli gənc azərbaycanlı qızların ümumiləşdirilmiş obrazıdır. O, 60 yaşında nurani bir alim olan Həkimin şagirdidir, cəmi 18 yaşı var. Lakin gənc olmasına baxmayaraq, onun möhkəm xarakteri formalaşıb. Yazıçı bu gənc qıza Mətanət adı verməklə onun xarakterinin möhləmliyini xüsusi nəzərə çarpdırmaq istəmişdir. Mətanət elmin sirlərini mükəmməl bilən müəllimindən yaxşı bilik və həyat dərsi alıb. Zülmkar Simnar xan həmkəndlilərini incidəndə, kəndə gələn suyun qarşısını kəsəndə Mətanət müəllimi Həkimə qoşularaq ona Çiçəkli dağındakı daşları əridə bilən, torpağın bəhrəsini artıran dərman hazırlamaqda kömək edir. Bundan sonra hadisələrin inkişafı dramatik xarakter alır. Simnar xan Qaraqayanı yarmaq, suyun qabağını açmaq istəyən həkimi zindana saldırır, onun hazırladığı dərmanın sirrini öyrənmək istəyir. Həkimi ələ salmaq cəhdləri baş tutmadıqda Simnar xan dərmanın sirrini Mətanətdən oyrənmək istəyir. Lakin o yanılırdı. Mətanət ona verilən işgəncələrdən, zindana salınmaqdan əsla qorxmur. Müəlliminin hörmətini uca tutur, dərmanın sirrini vermir. Mətanətin ondan dərmanın sirrini öyrənmək istəyən zülmkar xana qəti cavabı belə olur: "Bilmirəm, bilsəm də, demərəm”. Şagirdin iradəsi, dözümü, hətta daşa dönmək təhlükəsi qarşısında sınmaması müəlliminin qəlbini шаешчфк hissi ilə doldurur. Mətanətin sirr verməməsindən böyük qürur duyan Həkim iftixarla deyir: "Sən doğrudan da Mətanət imişsən”. Bu kimi keyfiyyətlərinə görə mən Mətanəti idealım hesab edirəm və həyatda da seçdiyim bu, ədəbi qəhrəmana oxşamaq istəyirəm. |
|
Xocalı faciəsini unutmuruq |
|
|
|
| 26 fevral 1992-ci il. Quşbaşı qar yağan sərt qış gecəsi. O gecə dəhşət yaşadı Xocalı. Elə bir dəhşət ki, hələ yer üzü belə müsibət, belə vəhşilik görməmişdi. Evlərə-eşiklərə od vuruldu, torpaq qana qərq edildi o gecə. Düşmən rəhm diləyən qocaya, xəstəyə, qadına aman vermədi. Uşaqlar valideynlərinin gözləri qarşısında xüsusi qəddarlıqla qətlə yetirilirdilər. Xocalının neçə-neçə qeyrətli oğulu erməni dığalarının qəbirləri üstündə qurbanlıq kəsildilər. Qız-gəlinlər əsir alındılar. Aramsız güllə yağışından qurtulub ayağı yalın, başı açıq halda meşələrə, dağlara üz tutanların çoxusu yolda dondu, qar uçqunlarına düşdü. O gecə hara gedəcəyini, kimdən imdad diləyəcəyini bilməyən uşaqların doğmalarının meyidləri arasında caş-baş halda vurnuxmalarını, ətrafda nə baş verdiyindən xəbərsiz körpənin gözlərini həyata əbədilik yummuş ananın buz kimi soyuq döşlərini əmməsini göz önünə gətirin... Həmin gecə Xocalı sakinlərinin üzləşdikləri müsibətlərin hansı birini deyəsən, hansı birini yazasan? Qələm acizdir bu vəhşilikləri təsvir etməkdə. Şəhərin 800-dən artıq sakininin həyatına son qoyuldu bir gecənin içində. 6 ailə tamam məhv edildi, 1277 nəfər gotürüldü, yüzlərcə soydaşımız bu və ya digər dərəcədə bədən xəsarəti aldı. Tarixin hələ indiyədək şahidi olmadığı bu müsibət ancaq insanlığını, mərhəmət hissini itirən vəhşi ermənilər törədə bilərdilər. Onlar Xankəndində qərar tutmuş keçmiş sovet ordusuna məxsus hərbi hisslərin, ələlxüsus da 366-cı alayın iştirakı ilə dinc insanların üstünə hücum çəkdilər və əslində soyqırım törədərək bir şəhəri yer üzündən tamam sildilər. Ermənilər törətdikləri vəhşilikləri heç nə ilə müqayisə etmək mümkün deyil. Onlar öz bədnam hərəkətləri ilə tarixdən tanıdığımız ən qəddar hökmdarların zülmkarlığını belə kölgədə qoydular. Bu vəhşiliklər həmişə, hər yerdə özlərini "məzlum, yazıq, türklərin təqiblərinə məruz qalan bir xalq” kimi təqdim edən ermənilər xislətini, iç üzünü açıb bütün dünyaya göstərdi. Ölkəmizin paytaxtı Bakıda Xocalı qurbanlarının xatirəsinə bir abidə ucalır. Abidə rəmzi məna daşıyır.Burada arzuları gözündə qalan balasını başı üstünə qaldıran ananın fəryadı təsvir olunub. Bu Vətən rəmzi olan ananın öz övladlarına qarşı sevgisinin bir nümunəsidir. |
|
|
|
|
Dostluq Qırılmaz zəncirdi |
|
|
|
|
| |
|
|
|
|
|
|
|
|
|
|
|
|
| Dostluğun qırılmaz zəncirlə müqayisə edilməsi təsadüfi deyildir. Həqiqətən də, səmimi, möhkəm dostluq hisslərini heç nə ilə sarsıtmaq mümkün deyildir. İnsanlar arasında hər xoş münasibəti dostluq adlandırmaq olmaz. Həqiqi dostluq illərin sınağından çıxır, bərkdə-boşda, həyatın enişli-yoxuşlu yollarında sınanılır. Əsl dostluq insanlar arasında münasibətlərin uca zirvəsidir. Əgər sən dostluğu yüksək qiymətləndirirsənsə, gərək dostun sandığın şəxsin yolunda hər bir çətinliyə dözməyi bacarasan, sirlərini ondan gizlətməyəsən, heç vaxt yalan danışmayasan. Nahaq deməyiblər ki, dost-dosta tən gərək, tən olmasa, gen gərək. Dostu olmaq böyük xöşbəxtlikdir.Kimin çox dostu varsa, o, həyatda daha inamlı olur, üzləşdiyi problemləri asanlıqla dəf edir. Adətən, çoxlu dostu olan şəxsi qollu-budaqlı ağaca bənzədirlər. Bu ağac təbiətin şıltaqlıqlarına asanlıqla dözür, onun insanlara daha böyük faydası dəyir. Mən "Dostluq nədir?” sualı ətrafında tez-tez düşünürəm. Mənim qənaətimə görə dostluq-fədakarlıq deməkdir. Asan günün dostluğu vaxtsız açan çiçəyə bənzəyir – onu şaxta, qar vurub soldurur. Çətinliklərdə bərkiyən dostluq isə uzunömürlü olur. "Uzaq Sahillərdə” filmini yada salaq. Zənnimcə filmin qəhrəmanları Mehdi ilə Veselin arasında yaranan münasibətlər "Dostluq Nədir?” sualının konkret cavabıdır. Onlar müharibənin odlu-alovlu yollarını birlikdə keçmiş, aralarında əsl dostluq münasibətləri yaranmışdır. Hamı kimi mənim də çoxlu dostlarım var. Onların əksəriyyəti mənimlə eyni sinifdə oxuyurlar. Bizim aramızda qarşılıqlı səmimiyyət və hörmət hökm sürür. Heç vaxt bir-birimizin xətrinə dəymirik. Biz, boş vaxtlarımızda bir yerə yığışır, müxtəlif məsələləri müzakirə edirik. Eyni zamanda bir-birimizə asanlıqla güzəştə getməyi də bacarırıq. Biz adatən dərslərimizi də bir yerdə hazırlayırıq. Bu bizə dərslərimizdən yüksək qiymət almağa böyük təsir göstərir. Müəllimlərimiz də onların zəhmətini itirmədiyimizə görə bizimlə fəxr edirlər. Belə bir deyim var. "Hər şeyin təzəsi, dostun köhnəsi”. Mən də məktəb illərində qazandığım dostlarımla fəxr edir və onları qorumağa çalışıram. Mənim ən şirin xatirələrim dostlarımla keçirdiyim anlarla bağlıdır. Mən özlüyümdə qəti şəkildə müəyyənləşdirmişəm: Həyatımda dostlarımı heç vaxt heç nə ilə və heç kimlə əvəz etmək olmayacaq. |
Ana! Hər dəfə bu sözü tələffüz edəndə sonsuz qürur duyuram, qəlbim fərəhdən genişlənir. Bu, sadə bir söz olsa da, məna tutumu çox zəngindir. Bu sözlə Yer üzündə ən mehriban və munis, ən böyük və əzəmətli varlıq olan anamıza xitab edirik. Məşhur şairlər, filosoflar ana haqqında bir-birindən gözəl təşbehlər işlətmişlər. Anaların şərəfinə çoxlu şeirlər yazılıb, mahnılar bəstələnib. "Ana qəlbi möcüzələr xəzinəsidir”, "Ananın məsuliyyəti böyük, vəzifəsi müqqəddəsdir”, "Analar böyük vəzifələrini yerinə yetirdikdə heç bir əvəz almaq fikrində olmurlar” ... Ancaq bu ifadələrdən hər biri nə qədər gözəl səslənsə də, onlardan hər birinin məna yükü nə qədər dərin olsa da, ananın əzəmətini, ucalığını, həyatımızdakı rolunu bütün dolğunluğu ilə tam əks etdirmir. Ana əlçatmaz zirvədə dayanır. Böyük Azərbaycan yazıçısı M.S.Ordubadi bunun təsdiqi kimi yazmışdır: "Ana! Dünyada sənin müqəddəsliyini təyin edə biləcək hələ heç bir ölçü yoxdur, sənin əzəmətini təsvir edə biləcək hələ heç bir kitab yazılmayıb”. Biz "Ana Vətən” deyib ananı havasını udduğumuz, çörəyini yediyimiz, üstündə gəzdiyimiz Vətənə, "Ana dilim” deyib ruhumuzun ifadəsi, varlığımızın təsdiqi olan doğma dilimizə bərabər tuturuq. Bir də ana uca Tanrı ilə müqayisə olunur. "Ana haqqı – Tanrı haqqı” deyib müdriklər. Tanrı yeri-göyü yoxdan xəlq edib,bəşər övladı isə ana bətnində dünyaya göz açır. Bir mahnıda səsləndiyi kimi: Ana, sən həyat verdin mənə... Lakin ana öz övladına yalnız həyat vermir, həm в, min bir çətinliyə qatlaşaraq onu böyüdür. Övladı boya-başa çatanadək ananın çəkdiyi əzab-əziyyəti heç nə ilə müqayisə etmək mümkün deyil. Beşik başında keşik çəkib səhəri gözlərində açan da, biz çətinliyə düşəndə şam kimi əriyən də, böyüdükcə boyumuza baxıb qürrələnən də anadır. Ana təbiətcə zərif məxluq olsa da, mən onu öz balası yolunda göstərdiyi fədakarlıqlara görə qartala bənzədirəm. Həmişə məğrur, qorxmaz, həmişə yüksəklikdə uçan qartala. O, övladını təhlükələrdən qartal şücaəti ilə qorumağa hazırdır, hətta lazım gəlsə, düşmən üstünə şığımaqdan belə çəkinməz. Hər birimizin gələcək həyat yolunun müəyyənləşməsində də ananın rolu əvəzsizdir. Biz ilk tərbiyəni ondan alırıq. Ananın şəxsi nümunəsi, verdiyi öyüd-nəsihətlər dünyagörüşümüzün formalaşmasında mühüm rol oynayır. Mən anam barəsində tez-tez fikirləşirəm. Hər dəfə onun mehriban, nurlu çöhrəsini gözlərim önündə canlandıranda gələcəyə daha nikbin nəzərlərlə baxıram. Eyni zamanda anamın qarşısında borcumu da yaddan çıxarmıram. Öz-özümü sorğu-suala tuturam: Mən anamı necə sevindirə, necə xöşbəxt edə bilərəm? Bəzən xəyal məni uzaqlara aparır, könlümdən anama dünyada ən bahalı hədiyyə almaq, onu bütün işlərdən azad etmək istəyi keçir. Bir dəfə arzumu anamın özünə də bildirdim. Onun sifətinin necə işıqlandığını hiss etdim, dodaqlarında təbəssüm oyandı. Nəvazişli əlləri ilə başımı sığal çəkib dedi: - Mənim bahalı hədiyyəyə ehtiyacım yoxdur. Ana üçün ən böyük hədiyyə övladının düzgün yol tutması, tərbiyəli olması, dərslərini yaxşı oxuması, müəllimlərinin hörmətini qazanmasıdır. Anamın bu sözləri qulaqlarımda həmişəlik həkk olunub. Buna görə də dərslərimə səylə hazırlaşıram. Hər dəfə dərslərimdən "əla” qiymət alanda bunu anam üçün ən yaxşı hədiyyə sanıram.
|
Müstəqil yaşamaq,taleyinin sahibi olmaq,öz dövlətini qurmaq hər bir xalqın arzusudur.Azərbaycan xalqı da həmişə bu istəklə yaşamışdır.Tarixdə zaman-zaman müxtəlif adlar altında müstəqil Azərbaycan dövlətləri mövcud olmuşdur.Buna misal kimi müxtəlif dövrlərdə tarixi Azərbaycan torpaqlarında yaradılmış Şirvanşahlar, Eldəgizlər, Ağqoyunlu, Qaraqoyunlu, Səfəvilər dövlətlərinin adını çəkə bilərik.Şah İsmayıl Xətainin dövründə Səfəvilər dövləti bütün Azərbaycan torpaqlarını birləşdirirdi və Azərbaycan dili dövlət dili səviyyəsinə yüksəldilmişdi. Xalqımız ötən yüzillikdə iki dəfə dövlət müstəqilliyi qazanmışdı.1998-ci ildə Azərbaycanda bütün islam dünyasında ilk demokratik respublika qurulmuşdur.Lakin bu respubilikanın ömrü qısa oldu.Belə ki, xarici müdaxilə, daxili çəkişmələr və digər amillər üzündən Azərbaycan Demokratik Cümhuriyyəti az vaxtdan – cəmi 23 aydan sonra süqut etdi.Ötən əsrin son onilliyinədək davam edən sovet hakimiyyəti illərində xalqımız dövlət müstəqilliyindən məhrum qalsa da, respubilikanın iqtisadiyyatını, elmini, mədəniyyətini inkişaf etdirmiş və müstəqillik üçün lazımı əsaslar yaratmışdır. Ötən əsrin sonlarında xalqımıza yenidən dövlət müstəqilliyinə qovuşmaq səadəti nəsib oldu.Sovet İttifaqı dağildıqdan sonra 1991-ci il oktyabrın 18-də respublikanın qanunvericilik orqanı parlament Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul etdi və bununla da respublikamızın müstəqilliyi bərpa olundu. Həmin vaxtdan bəri xalqımız azad yaşayır,öz milli dövlətini möhkəmlədərək inkişaf etdirir. Qısa müddətdə müstəqil Azərbaycan siyasi, sosial-iqtisadi, mədəni sahələrdə böyük nailiyyətlər qazanmışdır. Respubilikamızda dövlət müstəqilliyinin bütün atributları bərqərar edilmişdir.Dövlət gerbi, himn, üçrəngli bayraq müstəqil dövlətimizin rəmzləridir. 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunub.Respubilikamızda dövlət quruculuğunun əsasları bu Konstitusiya ilə təsbit olunub. Konstitusiyamıza əsasən,Azərbaycan demokratik, hüquqi, dünyəvi bir dövlətdir və ölkədə hakimiyyətin yeganə mənbəyi xalqdır.Müstəqil Azərbaycanın həyatında başqa bir əlamətdar hadisə 1994-cü ilin əvvəlində baş vermişdir – milli valyutamız manatdan ölkədə yeganə ödəniş vasitəsi kimi istifadə olunmağa başlanılmışdır. Bütün bunların sayəsində respubilikamızda həyat dəyişir, insanların rifah halı yaxşılaşır, yeni-yeni sosial layihələr həyata keçirilir, paytaxda, bölgələrdə genişmiqyaslı tikinti-abadlıq işləri aparılır.Yeni tikilən göydələnlər, nəhəng körpülər, rahat yollar müstəqil Azərbaycanın getdikcə artan iqtisadi qüdrətindən xəbər verir. Azərbaycanın dövlət müstəqilliyi xalqımızın tarixi nailiyyətidir.Müstəqil dövlətimizin qədrini bilmək, onu qorumaq, inkişafına əlimizdən gələn köməyi, göstərmək hər birimizin müqəddəs borcudur. |
|
|
Heç kəs unudulmur heç nə yaddan çıxmır |
| |
|
|
|
|
|
|
|
Bizim nəsil 1941-1945-ci illər müharibəsinin dəhşətlərini, od-alovunu ancaq filmlərdə görmüşdür.Bir anlığa müharibənin dünyaya meydanoxuyan Hitlerin qələbəsi ilə başa çatdığını təsəvürümüzdə canlandıraq.Bu, ölkələrin sərvətlərinin talanması, xalqların kölə halına düşməsi, özlərini "seçilmişlər” sayan faşistlərin bütün dünyada ağalığı deməkolardı. Müharibənin ilk illərində belə görünürdü ki, faşistlər öz niyyət-lərinə çatacaqlar. Onlar çoxlu sayda yaşayış məntəqəsini zəbt etmişdi-lər və sürətlə irəliləyirdilər. Lakin azadlığı yüksək qiymətləndirən,doğma Vətənlərini çox sevən xalqlar birləşərək faşistləri dayandırmağavə müharibəni qələbə ilə başa çatdırmağa nail oldular. 1945-ci ilinmay ayında dünyanın başı üstündə Demokl qılıncı kimi dayanan faşizmkabusu darmadağın edildi. Bu misilsiz qələbə milyonlarla insanın canı-qanı bahasına qazanılmışdır. Rusiyanın, Ukraynanın, Belorusun, Polşanın və başqa ölkələrin ərazilərindəki kütləvi qəbiristanlıqlar buna sübutdur. Müharibədə azərbaycanlılar da fəal iştirak etmişlər. Azərbaycanlılardan təşkil olunan 416-cı Taqanroq diviziyası ayrı-ayrı şəhər və kəndlərin düşmənlərdən təmizlənməsi uğrunda fəal döyüş əməliyyatları aparmışdı.İlk dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş Həzi Aslanov hərbi sənətini yaxşı bilən cəsur komandir idi və əsgərlərini öz arxasınca aparmağı bacarırdı.Azərbaycanlı döyüşçülərin 1941-1945-ci illər müharibəsində göstərdikləri şücaətləri "Uzaq sahillərdə” filminin qəhrəmanı Mehdi Hüseynzadənin timsalında aydın görmək mümkündür. Həmin illərdə arxa cəbhədə qalan soydaşlarımız da ümumi qələbə naminə hər cür mərhumiyyətlərə dözmüş, böyük fədakarlıq göstərmişlər. Artıq 1941-1945-ci illər müharibəsindən bizi yarım əsrdən çox zaman məsafəsi ayırır. Bununla belə, bu müdhiş müharibənin acı xatirələri indi də insanları düşünməyə, öz hərəkətlərini ölçüb-biçməyə vadar edir. Ümumi qələbə naminə fədakarlıqlar göstərən, müharibədə şəxsi həyatlarını qurban verən insanların adları da daim minnətdarlıq hissi ilə xatırlanacaq. Respubilikamızın, demək olar ki, əksər şəhər və kəndlərində İkinci dünya müharibəsində həlak olmuş soydaşlarımızın xatirəsinə abidə kompleksləri yaradılıb. Həmin abidələrin üzərində, adətən, sadə bir cümlə yazılır: "Heç kəs unudulmur,heç nə yaddan çıxmır!”.Bu sözlər aydın səma altında yaşayan insanların taleləri yarımçıq qırılmış müharibə iştirakçılarının xatirəsinə dərin ehtiramlarının səmimi ifadəsidir. Nə qədər belə misal çəkmək mümkündür. Bəzən olur ki, hansısa bir hadisəni, hansısa bir şəxsiyyətin adını bu və ya digər səbəblər üzündən tarixin səhifələrindən silməyə cəhdlər göstərilir. Fəqət belə mənasız cəhdlər zamanın istehzası ilə üzləşir. Məgər xalqımız ədalətsiz Türkmənçay və Gülüstan müqavilələrinə əsasən məmləkətimizin iki yerə parçalanmasını nə vaxtsa unuda bilərmi ? Gəlin xatırlayaq, lap yaxın keçmişədək bu barədə danışmaq, yazmaq belə qadağan edilmişdi. Lakin böyük dövlətlərin tarix səhnəsindəki siyasi gedişləri nə qədər güclü olsa da, bu tale-yüklü olayı böyük keçmişi olan xalqın qan yaddaşından çıxara bilmədi. Xalqın Araz boyunca tikanlı məftilləri qırıb-dağıtmaq və birləşmək arzusu şeirlərə, mahnılara çevrildi, bu barədə cild-cild əsərlər yazıldı. Gün gələcək, bu istək mütləq həyata keçəcək. Zorla işğala məruz qalan Dağlıq Qarabağı, musiqimizin beşiyi gözəl Şuşanı, gözəlliklər məkanı Kəlbəcəri, igidlər oylağı Laçını, Qubadlını, indiki Ermənistanın ərazisindəki adları məqsədli şəkildə dəyişdirilərək "erməniləşdirən” yurd yerlərini azərbaycanlıların qan yaddaşından silmək mümkünmü? Əsla! O yerlərdə ata-babalarımızın narahat ruhları dolaşır və qarşısıalınmaz bir qüvvə tək bizləri o yerlərə qayıtmağa sövq edir. Bu yaxınlarda Quba şəhərində aparılan qazıntılar zamanı kütləvi qəbiristanlıq aşkarlandı. Ermənilər ötən əsrin əvvəllərində kütləvi şəkildə qətlə yetirdikləri azərbaycanlıları basdıraraq öz dəhşətli cinayətlərini unutdurmağa çalışmışlar. Ancaq tarixi həqiqət təsdiqini tapdı. Həyatı boyu Vətən naminə çarpışan, milli mənafeyini hər cür şan-şöhrətdən, imtiyazdan üstün tutan, var-dövlətini xalqının inkişafı yolunda xərcləyən tarixi şəxsiyyətlərin adı daim qəlblərdə yaşayacaq. Milli və bəşəri duyğuları çərçivəyə sığmayaraq azad şəkildə tərənnüm edən Hüseyn Cavid uzaq Sibirə sürgün edildi və orada dünyasını dəyişdi. Ancaq unudulmadı. On illər ötəndən sonra onun nəşi Vətənə gətirilərək Naxçıvanda doğma torpağa tapşırıldı, məzarı üstündə möhtəşəm məqbərə ucaldıldı. Sərt qadağalar milyonçu xeyriyyəçilər Hacı Zeynalabdin Tağıyevin, Musa Nağıyevin, Murtuza Muxtarovun adlarını və xeyirxah əməllərini insanların yaddaşından silə bilmədi... Beləliklə, heç kəs unudulmur, heç nə yaddan çıxmır, həqiqət torpaq altında qalsada, heç vaxt pas atmayan qiymətli metala bənzəyir. İllər ötür, bəzən əsrlər dolanır və o gec-tez üzə çıxır. Buna görə də həyatda hər kəs xeyirxah işlər görməyə çalışmalıdır. |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
| |
|