Dostluq Qırılmaz zəncirdir
Dostluğun qırılmaz zəncirlə müqayisə edilməsi təsadüfi deyildir. Həqiqətən də, səmimi, möhkəm dostluq hisslərini heç nə ilə sarsıtmaq mümkün deyildir. İnsanlar arasında hər xoş münasibəti dostluq adlandırmaq olmaz. Həqiqi dostluq illərin sınağından çıxır, bərkdə-boşda, həyatın enişli-yoxuşlu yollarında sınanılır. Əsl dostluq insanlar arasında münasibətlərin uca zirvəsidir. Əgər sən dostluğu yüksək qiymətləndirirsənsə, gərək dostun sandığın şəxsin yolunda hər bir çətinliyə dözməyi bacarasan, sirlərini ondan gizlətməyəsən, heç vaxt yalan danışmayasan. Nahaq deməyiblər ki, dost-dosta tən gərək, tən olmasa, gen gərək. Dostu olmaq böyük xöşbəxtlikdir.Kimin çox dostu varsa, o, həyatda daha inamlı olur, üzləşdiyi problemləri asanlıqla dəf edir. Adətən, çoxlu dostu olan şəxsi qollu-budaqlı ağaca bənzədirlər. Bu ağac təbiətin şıltaqlıqlarına asanlıqla dözür, onun insanlara daha böyük faydası dəyir. Mən "Dostluq nədir?” sualı ətrafında tez-tez düşünürəm. Mənim qənaətimə görə dostluq-fədakarlıq deməkdir. Asan günün dostluğu vaxtsız açan çiçəyə bənzəyir – onu şaxta, qar vurub soldurur. Çətinliklərdə bərkiyən dostluq isə uzunömürlü olur. "Uzaq Sahillərdə” filmini yada salaq. Zənnimcə filmin qəhrəmanları Mehdi ilə Veselin arasında yaranan münasibətlər "Dostluq Nədir?” sualının konkret cavabıdır. Onlar müharibənin odlu-alovlu yollarını birlikdə keçmiş, aralarında əsl dostluq münasibətləri yaranmışdır. Hamı kimi mənim də çoxlu dostlarım var. Onların əksəriyyəti mənimlə eyni sinifdə oxuyurlar. Bizim aramızda qarşılıqlı səmimiyyət və hörmət hökm sürür. Heç vaxt bir-birimizin xətrinə dəymirik. Biz, boş vaxtlarımızda bir yerə yığışır, müxtəlif məsələləri müzakirə edirik. Eyni zamanda bir-birimizə asanlıqla güzəştə getməyi də bacarırıq. Biz adatən dərslərimizi də bir yerdə hazırlayırıq. Bu bizə dərslərimizdən yüksək qiymət almağa böyük təsir göstərir. Müəllimlərimiz də onların zəhmətini itirmədiyimizə görə bizimlə fəxr edirlər. Belə bir deyim var. "Hər şeyin təzəsi, dostun köhnəsi”. Mən də məktəb illərində qazandığım dostlarımla fəxr edir və onları qorumağa çalışıram. Mənim ən şirin xatirələrim dostlarımla keçirdiyim anlarla bağlıdır. Mən özlüyümdə qəti şəkildə müəyyənləşdirmişəm: Həyatımda dostlarımı heç vaxt heç nə ilə və heç kimlə əvəz etmək olmayacaq.
|
Категория: Мои статьи | Добавил: drakul (19.01.2010)
|
Просмотров: 828
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|