Sizi salamliyiram Гость | RSS

Суббота, 23.09.2017, 15:54
Главная » Статьи » Мои статьи

18-Oktyabr Müstəqillik günüdür
1991-ci il avqustun 30-da Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamə qəbul edildi və nəhayət Azərbaycan Respublikasının Ali Sovetinin həmin ilin 18 oktyabr tarixli sessiyasında "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul edildi.
Azərbaycan Respublikasında dekabrın 29-da keçirilən ümumxalq səsvermə sübut etdi ki, Azərbaycan xalqı dövlətimizin müstəqil olmasını yekdilliklə istəyir.
1992-ci ilin mayında Milli Məclis Azərbaycan Respublikasının Dövlət himnini (musiqisi Üzeyir Hacıbəyovun , sözləri Əhməd Cavadın), az sonra isə üçrəngli bayraq, içində alov olan səkkiz guşəli ulduz təsvirli dövlət gerbi təsdiq etdi.
1991-ci il oktyabrın 18-dən etibarən Azərbaycan istiqlal, suveren bir ölkədir və xalqımız bu günu dövlət səviyyəki bir bayram kimi qeyd edir.
Bəs biz gənclər bu müstəqilliyi necə dərk edirik? Bəlkə də tarixi bilməyən gənclər Azərbaycanın Müstəqillik əldə etməsi üçün necə əzablı yollar keçdiyini bilmir. Elə isə tarixə nəzər salaq. 16 il öncə Azərbaycanın dövlət müstəqilliyini elan etməsi xalqımızın tarixi arzularının reallaşması idi. Bizim müstəqilliyə gedən yolumuz həqiqətən çox mürəkkəb olub.
Belə ki, 1980-ci illərin sonunda sovet rejiminin dağılma prosesinin başlandığı aydın idi.Elə məhz həmən dövrlərdə Dağlıq Qarabağda separatçı hərəkat, alçaq Ermənistanın təcavüzə başladı.O dövlərdə hakimiyyət orqanlarının bütün bu baş verən hadisələrə qarşı biganəliyi Azərbaycanda xalq hərəkatına təkan verdi. Elə bir məqam yetişdi ki, Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması böyük təhlükə altına düşdü.
Azərbaycan dövlətçiliyinin sabahını düşünənlər Heydər Əliyevə üz tutdular. Heydər Əliyev bu çağırışdan imtina etmədi çünki, bütün ömrünü ugrunda həsr etdiyi Azərbaycanın dagılmasına gozü gorə-görə razı ola bilməzdi.
Biz müstəqil olandan sonra nə əldə etdik? Ən azından heç bir dovlətdən asılı deyilik və heç bir dövlətin tərkibində deyilik. Mənim ən çox bəyəndiyim və dəyər verdiyim tərəf isə İslam dinimizdir. Yaşlı insanların söhbətlərini dinlədikdə adam dəhşətə gəlir. O dövr ilə bu dövrdəki İslamı müqayisə etdikdə hər şey məlum olur. Sovetlər Birliyi vaxtında müsalmanların ibadətlə məşgul olmasına mane olan səbəblər göz qabagındadır. Bunlar hamısı bir tarixdir.
Müstəqillik Vətənə olan sevgidir. Vətəni sevən hər bir vətən övladı müstəqillik nədir dərk edir. Respublikamızda baş verən proseslərə baxdıqda isə ancaq müsbət şeylər görürük. Yeni iş yerlərinin açılması, iqtisadiyyatımız, neft sektorundaki yığılan sərmayələrin yaridan çox hissəsinin geriyə qaytarılması, milli məhsul istehsalının yuksəlməsi, kənd təsərrüfatı yarmarkalarının təşkili, icra strukturlarının bazarlara nəzarəti dövlət budcəsinin dəfələrlə qalxması və bu kimi s. amillər Azərbaycanın xoşbəxt gələcəyindən xəbər verir.
Müstəqillik əldə etdik, bu çox önəmli bir amildir ancaq ne yaziq ki, bəzi insanlar Müstəqillik nədir bilmir. Bəlkə də bilir ancaq etiraf etmir. Cəmiyyətdə yaşayan bəzi insanlar hər şeydə dövləti günahkar bilir. Məsələn ən vacib və ən yaralı yerimiz olan Qarabag probleminin həllini:Gəlin bu məsələyə dövlət tərəfdən yox millət tərəfdən baxaq. İçimizdə olan bəzi insanlar işğal olunmuş rayonları belə tanımır, Qarabag mövzusu gələndə "MƏN VERMƏDİMKİ MƏNİM NƏ İŞİMƏ, KİM VERİB O GETSİN ALSIN” deyərək özünü kənara dartır. Bu cür insanlarla Qarabag məsələsi haqqında adicə danışmaga dəyərmi?
Və yaxud da təhsil problemi… Yenə də hər şey də müstəqil dövlətimiz gunahkardır deyirlər. Diqqətlə düşünək! Əgər bir şagirdin və ya tələbənin savadı varsa və o dərslərinin öhdəsindən ugurlə gəlirsə "Rüşvət” problemi olarmı? Mənim cavabim xeyr olacaq çünki, dəfələrlə savadlı gənclərin rüşvətə qarşı çıxdığını və yeri gələndə bu cür problemlər olduqda lazimi orqanlara müraciət etdiyini görmöşəm. Ancaq bir məsələdə var. Valideyn savadsiz övladını bir sənət sahibi etmir, ali məktəbə hər hansısa bir yolla salır. Nəticə… Tələbədən rüşvət tələb olunur, niyə rüşvət tələb edən müəllim(ə) günahkar olur, ancaq savadsız tələbə yox? Hər bir savadsiz tələbəyə, hər bir rüşvətxor müəllimə görə müstəqil dövlətimizmi cavabdehlik daşıyır? Xeyr bu cür problemlərə görə müstəqil olan dövlətimizi günahlandırmaq lazim deyil. Bu vətəndaşın vicdanına baglı olan bir şeydir.
Bu kimi misallar çöx çəkmək olar. Mənim yadıma gəlir uşaq vaxtlarımda adi çörək üçün necə növbələr olardı, çünkı, Azərbaycanın qonşu ölkələrlə əlaqəsi sərhədlərin vəziyyəti heç də qənaətbəxş deyildi. İndi baxırsan çox gənclərimiz xaricdə təhsil alir. Bütün bunlar bizim müstəqilliyimizin nəticəsidir.
O üzdən müstəqil ölkədə yaşayan hər bir vətəndaş bu müstəqilliyi müqəddəs olan bir amil kimi qəbul etməyi bacarmalı, müstəqil olan Vətənimiz ugrunda daim hər şeyə hazır olmalıdır.Gəlin müstəqilliyimizin qədrini bilək, çünki, hər şey həqiqətən bizim öz əllərimizdədir Gələcək biz gənclərin əllərindədir.
"Mən Azərbaycanın gələcəyini çox parlaq görürəm. Mən istəyirəm ki, Azərbaycan sözün əsl mənasında inkişaf etmiş ölkələrin sırasına daxil olsun. İstəyirəm insanlar yaxşı yaşasınlar, yaxşı maaş alsınlar, uşaqlar yaxşı məktəblərdə oxusunlar, xəstələr yaxşı tibbi xidmətə malik olsunlar, yollar abadlaşsın, şəhərlər gözəlləşsin, insanların üzü gülsün və Azərbaycan irəliyə getsin. Budur mənim arzularım”.
Категория: Мои статьи | Добавил: drakul (20.01.2010)
Просмотров: 1288 | Комментарии: 1 | Рейтинг: 1.0/1
Всего комментариев: 1
1  
bu inshalari kim yazibsa ela yazib!

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]